DÜNYADA ƏN BÖYÜK XALÇA QOBELEN SUMQAYITDADIR- VİDEOREPORTAJ

4122

“Qiymətsiz!” – Xalidə Seyidova əllə toxuduğu xalça qobeleni məhz belə adlandırır. Ona görə yox ki, xalçaçı rəssam onun üzərində bir onillikdən də artıq zaman işləyib, ona görə ki, bu işdə həyat yoldaşının da payı az deyil. Yaradıcı tandemdə çalışan Seyidovlar doğma Azərbaycana olan sevgilərini bu xalça qobelenə hopdurublar.

Qobelenin ölçüləri də insanı heyrətə gətirir. Xalçanın eni 15 m, uzunluğu 10 m-dən çoxdur. Rəssam işdə xüsusi saplardan istifadə edib. Səth hazır olduqdan sonra rəssam onun üzərində xüsusi rənglərlə görkəmli tarixi şəxsiyyətlərin, mədəniyyət və incəsənət xadimlərinin, həmçinin Azərbaycanın tarixi personajları olan Dədə Qorqud, Qaçaq Nəbi və Həcərin rəsmlərini işləyib.

Xalidə Seyidova yaratdığı xalçanı Sumqayıtda yerləşən “Kimyaçılar” Mədəniyyət Sarayına hədiyyə edib. İndi dünyada ən böyük xalça qobeleni bu incəsənət məbədini ziyarət edən istənilən şəxs görə bilər.

Bu kadrlar ötən il çəkilib. Sumqayıta səfəri zamanı prezident İlham Əliyev “Kimyaçılar” Mədəniyyət Sarayını da ziyarət edib. O zaman bu mədəniyyət nümunəsi, onun rəngli milli koloriti ölkə başçısınının diqqətini  çəkib.

Sumqayıt hər zaman təkcə sənaye şəhəri kimi deyil, həm də mədəniyyət məzkəzi kimi tanınıb. “Kimyaçılar” Mədəniyyət Sarayı şəhərin mədəniyyət ocaqlarından biridir. Əsaslı təmirdən sonra burada konsertlər, sərgi və digər tədbirlər keçirmək üçün lazimi şərait yaradılıb. Unikal xalça qobelen artıq Mədəniyyət sarayının simvoluna çevrilib. Axı bu təkcə bəzək əşyası deyil, bu, Azərbaycanın çiçəklənməsi və tanınması adına yaradan hər bir kəsin zəhmətinin fəxridir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər