Edam məhkumlarının ölümdən əvvəli son axşam yeməkləri və qəribə istəkləri

1915
Edam məhkumları üçün son gecələri bir ömür qədər ağır, uzun və əzablı olur. Bəs siz son yeməyinizin olduğunu bilsəydiniz, o axşam nə yemək istərdiniz?

“Ölkə.Az” xəbər verir ki, fotoqraf Henri Hardrives “No Seconds” adlı layihəsində 12 edam məhkumunun son axşam yeməklərini və istəklərini lentə alıb.

12 ayrı məhkum, 12 ayrı son axşam yeməyi və 12 ayrı qəribə istək…

1.Timoti Makveyh

33 yaşlı İndiana sakinidir. 168 nəfərin ölümünə görə günahkardır. Zəhərli iynə ilə edam edilib. Son axşam yeməyində 2 qab nanəli və şokoladlı dondurma istəyib.


2.Con Veyn Qeysi

52 yaşlı İllinoys sakini. Zorlama və 33 nəfərin ölümündə günahkardır. Zəhərli iynə ilə edam edilib. Son axşam yeməyində 12 ədəd qızardılmış krevet, “KFC”dən bir qab kartof qızartması və çiyələk istəyib. Qeyd edək ki, həbsinə qədər “KFC”-də rəhbər vəzifədə işləyib.


3.Riki Rey Rektor

42 yaşlı Arkanzas sakinidir. 2 nəfəri qətlə yetirdiyi üçün zəhərli iynə ilə edama məhkum edilib. Son axşam yeməyində ət, qızardılmış toyuq, vişnəli qazlı su və qozlu şirniyyat istəyib. Yeməyi yedikdən sonra həbsxana nəzarətçisinə “şirniyyatı sonraya saxladım” deyib.


4.Encl Nives Diaz

55 yaşlı Florida sakini. Cinayət, silahlı soyğun və adam oğurluğuna görə zəhərli iynə ilə edama məhkum edilib. Axşam yeməyindən imtina edib.


5.Stiven Enderson

49 yaşlı Kaliforniya sakinidir. Oğurluq, qəsb, həbsxanadan qaçış və 7 başqa cinayətə görə zəhərli iynə ilə edama məhkum edilib. Sonuncu axşam yeməyində 2 pendirli tost, kənd pendiri, qarğıdalı unu və qarğıdalı dənəsi, şaftalılı şirniyyat, şokoladlı dondurma istəyib.


6.Ferdinando Nikola Sakko və Barolomeo Vanzetti

Ferdinandonun 36, Bartolomeonun 39 yaşlı var. Massaçusetts şakinləridir. 2 cinayətdə ittiham edilərək elektrikli stulda ölümə məhkum ediliblər. Son axşam yeməyində, şorba, ət, tost və çay istəyiblər. Edamdan sonra icra başçısı onların səhvən edam edildiklərini bildirib. Cinayət işi açıq qalıb və əsl cinayətkarlar tapılmayıb.


7.Viktor Feqe

28 yaşlı Lova sakinidir. Adam oğurluğu və digər cinayətlərə görə zəhərli iynə ilə edama məhkum edilib. Son axşam yeməyində istəyi bir ədəd zeytun olub. O, öldükdən sonra zeytun çəyirdəyinin cücərərək qəbirdə yetişəcəyinə və sülh simvoluna çevriləcəyinə inanırdı.


8.Tereza Lyuis

41 yaşlı Virciniya sakinidir. Cinayət, soyğun və şantaja görə zəhərli iynə ilə edama məhkum edilib. Son axşam yeməyində qızardılmış toyuq, kərə yağında qızarmış ət, alma tortu və kola istəyib.


9.Allen Li Deyvis

54 yaşlı Florida sakinidir. 4 cinayətə görə elektrikli stulda edama məhkum edilib. Son axşam yeməyində istridyə, qaynadılmış kartof, qızardılmış krevet, istridyə, sarımsaqlı çörək və pivə istəyib.


10.Ronni Li Qardner

49 yaşlı Uta sakinidir. Oğurluq və iki cinayətə görə güllələnməyə məhkum edilib. Son axşam yeməyində ət, almalı tort, vanilli dondurma yeyərək “Üzüklərin sahibi” filmini izləmək istəyib.


11. Ted Bandi

43 yaşlı Florida sakini. Zorlama, nekrofillik, həbsxanadan qaçmaq və 35 digər cinayətə görə elektrikli stulda edama məhkum edilib. Xüsusi yeməkdən imtina edib. Bu səbəbdən bütün məhkumlara verilən standart yemək: bişmiş ət, yumurta, qızardılmış çörək, mürəbbə, süd və meyvə suyu yeyib.


12.Ronni Tredgil

40 yaşlı Texas sakinidir. Zəhərli iynə ilə edama məhkum edilib. Son axşam yeməyində qaynadılmış toyuq, souslu kartof püresi, tərəvəz, çörək, çay, su və şirniyyat istəyib.

Hikmət Həsənov
Ölkə.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər