“Azərbaycanda tam miqyaslı toylara icazə verilsə və ertələnən nikahlar da nəzərə alınsa, bir il ərzində bizi 200 minə yaxın yeni toy məclisi gözləyir.
“Toy mərasimlərinin hər birindən 20-25 min manat civarında pul toplanır. Bundan isə gənc ailələr 4-5 min manat qazanır. Bu vəsaitlər real sektorda dövr etdiyi müddətdə yeni iş yerləri yaranır. Təklif edirəm ki, pandemiya bitdikdən sonra xaricdən Azərbaycana illik 15-20 min civarında toy cəlb etməyi hədəf qoyaq. Məsələn, İran İslam Respublikasında əyləncə məhduddur, iranlılar isə əyləncəni sevir. Əgər təyyarə biletləri münasib olsa və il ərzində 10-15 min toy cəlb edilsə, həm əlavə vəsait cəlb etmiş olarıq, həm də bir çox insanı işlə təmin edərik. Lakin yenə də bütün iqtisadiyyatı toyların ümidinə buraxmaq olmaz”.