Elmar Vəliyev necə güllələnib? – Tapança gipsdə olub

1726

Məlum olduğu kimi bir neçə gün əvvəl Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev güllələnib.

“Qafqazinfo” xəbər verir ki, musavat.com hadisənin baş vermə anının detallarını yayıb. Xəbərə görə, həmin vaxt hadisəni törədən Yunis Səfərov qısaqol köynəkdə olub. Silahı qoluna sarıtdığı gipsin içərisində xüsusi qaydada gizlədib. Gəncə İHB binası qarşısında Elmar Vəliyevin binadan çıxmasını gözləyib. Başçı tək bir mühafizəçi ilə – Qasım Aşbazovla binadan çıxıb. Giriş qapısının önündə isə 4 mühafizə polisi olub. Yunis Səfərov başçıya kənardan və hündürdən səslənərək, sözü olduğunu bildirib. Polislər onu əhatəyə alıb. Elmar Vəliyev geri dönərək, “buraxın gəlsin”, deyib. Yunis Səfərov qolu gipsdə, boynundan asılmış halda Elmar Vəliyevə yaxınlaşıb.

Gözlənilmədən, cəld hərəkətlə silahı qolundakı gipsdən çıxararaq, dalbadal Vəliyevə iki, mühafizəçiyə bir dəfə atəş açıb. Güllələrdən biri başçının qaşını yalayaraq, keçib, digəri qarın boşluğuna isabət edib. Qasım Aşbazova dəyən güllə isə ağız nahiyəsindən girərək, gözündən çıxıb. Daha sonra polislər Səfərovu yaxalayaraq, həbs ediblər…

İcra başçısına sui-qəsd etmiş Y.Səfərovun tutulandan az sonra Rusiya vətəndaşı olmasını təsdiqləyən pasportunun fotosurəti yayılıb. Məlum olub ki, Y.Səfərova həmin pasport Gəncədə mühafizə polisinə xəsarət yetirib silahını oğurlayandan sonra verilib. Yəni Yunis Səfərov polisi döyüb silahını əlindən aldığına görə axtarışa verildikdən sonra Rusiyaya qaçıb və orada pasport alaraq yenidən Gəncəyə qayıdıb. Rusiyaya gedib qayıdana qədər onun bir hadisə ilə bağlı icra başçısı ilə qarşı-qarşıya gəldiyi, hətta hadisə zamanı icra başçısını ölümlə hədələdiyi haqda da iddialar var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər