Emin Hacıyev növbəti dəfə seçicilərıə görüşdü

638

Bu gün 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin deputatı Emin Hacıyev tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib.
YAP Sumqayıt şəhər təşkilatının qərargahında keçirilən görüş zamanı seçki dairəsinə daxil olan hər bir mikrorayon və məhəllədən sakinlər iştirak ediblər. Vətəndaşların qəbulu zamanı seçicilərlə fərdi qaydada görüşən deputat Emin Hacıyev onların müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. Seçicilər tərəfindən səsləndirilən müraciətlər əsasən, məşğulluq, sosial məsələlər, bank kreditləri və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər olub. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər