Emin Hacıyevin deputatlığa namizədliyi təsdiqləndi – FOTO

1696

Yeni Azərbaycan Partiyası tərəfindən 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Emin Hacıyevin namizədliyi rəsmən qeydə alınıb.

Bu barədə Emin Hacıyev özü məlumat verib. 

Qeyd edək ki, Emin Hacıyev 1982-ci ildə Sumqayıtda ziyalı ailəsində anadan olub. 1998-ci ildə Sumqayıt şəhər 5 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub.
2008-ci ildə Memarlıq və İnşaat Universitetində doktoranturanı bitirərək iqtisadi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışıb. 2007-ci ildən Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun əməkdaşı, 2009-cu ildən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü və məsul katibidir.
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xalqlar arasındakı dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər