Epidemioloji durum daha da pisləşərsə, yeni məhdudiyyətlərin tətbiqi zəruri olacaq – Baş infeksionist

836

Tələb olunan qaydalara əməl olunmadığı təqdirdə epidemioloji durumun daha da pisləşməsi ilə üzləşəriksə, yeni məhdudiyyətlərin tətbiqi zəruri olacaqdır.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, hazırda COVİD-19-la bağlı yoluxma vəziyyəti çox gərgindir:

“Xüsusən də son həftələrdə rast gəlinən hallar, həmçinin xəstələrin sayının artımı səhiyyənin xeyli yüklənməsinə səbəb olub. İnsanların qoruyucu gigiyenik qaydalara əməl etməsi baxımından müəyyən irəliləyişlərin olduğunu görürük. Lakin onu da qeyd etmək lazımdır ki, yoluxma hallarının artımının davam etməsində özlərində müəyyən xəstəlik əlamətləri hiss edən bəzi şəxslərin məsuliyyətsizliyi, xəstəliyin ilk günlərindən buna əhəmiyyət verməməsi, özlərini təcrid etməməsi, tibb müəssisələrinə vaxtında və ya ümumiyyətlə müraciət etməmələri, özünümüalicə ilə məşğul olmalarıdır. Hesab edirəm ki, hazırkı durumda əhalinin bu istiqamətdə də xüsusilə maarifləndirilməsinə böyük ehtiyac var”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər