Ermənistan ordusu Qafan şəhəri yaxınlığındakı yüksəklikləri tərk edir FOTO

837

Ermənistan ordusu Qafan şəhəri yaxınlığındakı yüksəklikləri tərk edir.

Sovet xəritələrinə əsasən, Azərbaycan-Ermənistan sərhədinin bu hissəsi Zəngilan rayonunu ərazisinə düşür.

Ona görə də, düşmən qüvvələrinin yüksəkiklərdə qurduğu mövqelər demontaj olunur. Prosesə rusiyalı sülhməramlılar və Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri nəzarət edir. Strateji yüksəkliklər Qafan şəhərini tam vizual nəzarət altında saxlamağa imkan verir.

Azərbaycan Ordusunun sabah saat 17:00-a qədər ermənilərə ərazidəki mövqeləri boşaltmaq üçün vaxt verdiyi bildirilir.

Faktı Erməbistan mediası üçün Qafan rayonunun meri Qevorq Parsyan da təsdiq edib.

Musavat.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər