“Erudit”in növbəti seçim turu keçirildi

1034

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə Gənc İstadadlara Dəstək Fondu tərəfindən 5 noyabr 2011-ci il tarixində “Dünya” Müstəqil Televiziya və Radio Şirkətinin çəkiliş pavilyonunda Sumqayıt gəncləri arasında “Erudit” intellektual televiziya oyununun növbəti seçim turu keçirilmişdir. Tədbirə şəhər Gənclər və İdman Baş İdarəsi təşkilati dəstək verir. İntellektual televizya oyununun təşkili prosesində Təhsil Şöbəsi və Baş İdarənin nəzdində “Sumqayıt İntellekt Mərkəzi Klubu” da iştirak edir.

Yarışın qaydalarına əsasən hər biri 4 oyunçunun (3 əsas, 1 ehtiyyat) daxil olduğu komandaların iştirak edəcəyi yarış komanda və fərdi formatlarda keçirilir. Dörd komandanın iştirak edəcəyi hər seçim turu 3 tur və final oyunundan ibarətdir.

İkinci seçim turunda “Uğur”, “Odlar Yurdu”, “Zadəganlar”, “Mubariz” komandaları iştirak etmişdir. Seçim turunun qalibi “Zadəganlar” komandasının üzvü Yusif Rəsulzadə olmuşdur. O, “Erudit” intellektual televiziya oyununa final mərhələsində iştirak hüququ əldə etmişdir. Gənc İstedadlara Dəstək Fondunun prezidenti   Rüstəm Sadıqzadə

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər