Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin gücü artırılacaq

599

Sumqayıtda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində həyata keçirilən “Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin və gücünün artırılması” layihəsi uğurla davam etdirilir.

“Report”un “Azərikimya”ya istinadən verdiyi məlumata görə, bunu birliyin Baş direktoru İmran Arzumanzadə Almaniyanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann ilə görüşdə bildirib.

O bildirib ki, layihənin məqsədi zavodu elektrik enerji ilə təmin edən Buxar Generator Kompleksinin enerji effektivliyini və istehsal gücünü artırmaqdır.

İ. Arzumanzadə Almaniya şirkətləri ilə əməkdaşlıqdan, Birlikdə uğurla başa çatdırılmış modernizasiya və yenidənqurma layihəsində alman şirkətlərinin iştirakı və perspektiv layihələrlə bağlı səfiri məlumatlandırıb.

Onun sözlərinə görə, layihənin icrası üçün 2016-cı ildə SOCAR Almaniyanın “Uniper” şirkəti ilə saziş imzalayaraq, “SOCAR-UNİPER” Birgə müəssisəsini yaradıb: “Etilen-polietilen zavodunda hazırkı Buxar Generator Kompleksinin 32 Mvt/s (faktiki 13 Mvt/s) layihə gücünün 65 Mvt/s layihə gücünə çatdırılması işləri uğurla tamamlanır. Bunun üçün əlavə turbogenerator quraşdırılırıb və mövcud texnoloji sistem təkmilləşdirilib. Həmçinin “Azərikimya”nın daxili imkanları hesabına mövcud köhnə yarımstansiya yenidən qurularaq istifadəyə verilib.

Qeyd edilib ki, yekun sınaq-sazlama işləri başa çatdırıldıqdan sonra “Azərikimya”nın indiyə qədər əsasən Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 30 Mvt/s-lıq enerji tələbatı artıq daxili imkanlar hesabına tam qarşılanacaq, qurğunun istehsal etdiyi əlavə 35 Mvt/s elektrik enerjisini şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə və eləcə də Sumqayıt şəhərinin digər elektrik enerjisi istehlakçılarına ötürməyə imkan yaranacaq.

Görüşdən sonra səfir Etilen-polietilen zavoduna səfər edərək layihə ilə yerində tanış olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər