Etilen-polietilen zavodunda əsaslı təmirdən sonra məhsul istehsalına başlanılmışdır

590

«Azərikimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan əsaslı təmir işləri uğurla başa çatdırıldıqdan sonra məhsul istehsalına başlanılmışdır.
Müəssisənin ilkin emal istehsalatı olan «EP-300» qurğusunun piroliz sobalarının, sexlərdəki rektifikasiya kalonlarının, turbokompressorların, istilikdəyişdiricilərin, susoyutma kompleksinin və s. keyfiyyətli təmiri nəticəsində bütün texnoloji kompleksin sınaq-sazlama işləri və buraxılış prosesləri uğurla başa çatmışdır.
Birliyin və müəssisənin aparıcı mütəxəsislərinin, Təmir-tikinti və Nəqliyyat və xüsusi texnika idarələrinin təmirçilərinin, həmçinin müasir texnikanın cəlb olunduğu əsaslı təmir zamanı qurğu və avadanlıqlarda bir sıra mühüm texniki yeniliklərin və texnologiyaların tətbiqinə nail olunmuşdur. Hələ 25 il əvvəl – 1987-ci ildə istismara verilmiş «EP-300» istehsalatının mühüm aqreqatlarından olan turbokompressorların təmiri isə ilk dəfə olaraq onların Çexiyadan olan istehsalçı müəssisəsinin – «Siemens»s.r.o. firmasının bu sahə üzrə ixtisaslaşmış zavodunun mütəxəssislərinin iştirakı ilə aparılmışdır.
Birlikdə əməyin mühafizəsinin və texniki təhlükəsizlik qaydalarının son dövrlərdə daha ciddi şəkildə tətbiq edilməsinin davamı olaraq kimyaçıların əməyin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi məqsədilə də mühüm işlər görülmüş, təhlükə risqləri olan bütün xidmət meydançaları və pilləkənlər, digər metallokonstruksiyalar bütünlüklə yeniləri, daha etibarlıları ilə əvəz olunmuşdur.
Müəssisənin həm «EP-300», həm də paralel olaraq əsas kimyəvi məhsul olan polietilenin istehsal edildiyi «Polimir-120» komplekslərinin geniş miqyasda və keyfiyyətli, daha etibarlı təmirinin nəticəsi olaraq artıq etilenin və polietilenin, həmçinin digər kimyəvi məhsulların fasiləsiz istehsalına, sifarişçilərə göndərmək üçün onların ilk böyük həcmli partiyalarının alınmasına başlanılmışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər