Xəbər verdiyimiz kimi, noyabrın 14-də saat 02:15 radələrində Daşkəsən rayonunun Quşçu kəndində dəhşətli yanğın olub.
Unikal.org Azvision.az-a istinadən xəbər verir ki, hadisə kənd sakini 1970-ci il təvəllüdlü Tağıyev Pənah Cəmil oğluna məxsus evdə baş verib.
Yanğın nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı, nəvələri – 2010-cu il təvəllüdlü Tağıyeva Aysun Asim qızı, 2012-ci il təvəllüdlü Tağıyev Sakit Asim oğlu, 2017-ci il təvəllüdlü Tağıyev Sadiq Asim oğlu və qız nəvəsi 2007-ci il təvəllüdlü Ədilxanova Günel Qoşqar qızı ölüb.
Qeyd edək ki, yanğın nəticəsində Tağıyev Pənah Cəmil oğlunun gəlini, 1990-cı il təvəllüdlü Tağıyeva Sevinc Şahin qızı da uşaqların yanında olub.