Eyruz Məmmədovun romanı Türkiyədə çap olunub – FOTO

686
Əməkdar jurnalist, publisist Eyruz Məmmədovun “Dama Pika” romanı Türkiyədə çap olunub.
Əsər Abdulkadir Ozkan tərəfindən tərcümə edilib və “Dama Pika Maça kızı” adlanır.
Qeyd edək ki, “Dama Pika” romanında iki gəncin nakam sevgisindən bəhs edilir.
E. Məmmədov 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr edib.
O, “Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2” sənədli filmlərinin, “28-dən 29-na keçən gecə”, “Sumqayıtım mənim”, “2-ci paralel”, “Bir, iki, üç… və yaxud Dağ çiçəyi”, “Anata”, “Gecə… İncə gecə”, “Mister Riç” və s. kitablarının müəllifidir.
Sumqayıtda baş verən hadisələrlə bağlı onun məqalələri Rusiya, Türkiyə, Almaniya və İngiltərə mətbuatında çap olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər