Fərrux dağı uğrunda döyüşlərdə itkin düşən “Qorxmaz” ləqəbli sumqayıtlı qəhrəmanımız – VİDEO

1146

Birinci Qarabağ müharibəsi zamanı Fərrux dağında itkin düşənlərdən biri Allahverdiyev Baba Müseyib oğlu 1971-ci il noyabrın 13-də Sumqayıt şəhərində dünyaya gəlib.

Yaxınları deyir ki, Baba uşaqlıq illərində idmanla məşğul olub, yaşıdlarından seçilib. 1988-ci ildə 23 saylı məktəbi bitirib, 1989-cu ildə isə Krosnayar vilayətinə hərbi xidmətə yollanıb. Əsgərlikdən sonra Sumqayıtda zavodda fəaliyyət göstərib.

Qardaşları deyir ki, Babanın gənclik illəri ermənilərin işğalçılıq dövrünə təsadüf edir. Bu isə onu çox narahat etdiyindən könüllü müharibəyə yollanıb. Onu ordu yoldaşları fiziki göstəricisi, şücaəti və qorxmazlığına görə “Baba dağı”, “Qorxmaz” adlandırıblar. Döyüşlərin birində qolundan ağır yaralanmasına baxmayaraq, müalicə alıb və yenidən döyüşə qayıdıb.

Müalicədən sonra “gör indi bunların başına nə oyun açacağam” deyib, yenidən cəbhəyə qayıdıb. Yaxınları deyir ki, səhhəti ilə bağlı bir həftəlik məzuniyyət verilsə də, Baba yalnız iki gün evdə qalıb. Ailə üzvləri ilə görüşüb, yenidən müharibəyə yollanan qəhrəmanımız sanki başına gələcəklərdən xəbərdar imiş. Fərrux dağında qızğın döyüşlərdə itkin düşən Babadan hələ də xəbər yoxdur.

Baba Allahverdiyevin itkin düşməsindən sonra valideynləri dünyasını dəyişib. Qardaşları ümid edir ki, Fərrux dağında tapılan insan qalıqları arasında onun da adı olacaq.

Ətraflı Baku TV-nin süjetində:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər