Xalq artisti, kinorejissor Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” (“Fəryad 2”) tammetrajlı bədii filminin çəkilişlərindən kadrarxası görüntülər yayılıb.
Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeronda aparılıb.
Film erməni işğalçılarının 30 ilə yaxın müddətdə talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən Müharibəsində Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər.