“For Students” layihəsinin təqdimatı həyata keçirilib

682

2021-ci ildə baş tutan “For Students” layihəsinin 19 dekabr və 30 dekabr tarixlərində Sabunçu Gənclər Evi və Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təqdimatı həyata keçirilib.

Tədbirdə layihə rəhbəri Fatimə Piriyeva və Səbinə İbadova çıxış edib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə gənclər üçün faydalı veb saytın yaradılması mümkün olmuşdur. Gəncləri, eləcə də tələbə olmaq arzusunda olan hər kəsi hədəfləyən “For Students” veb saytının məqsədi istifadəçiləri sayt daxilində Azərbaycanda fəaliyyət göstərməkdə olan unuversitetlər haqqında ətraflı, geniş informasiya bazası ilə təmin etmək, universitetlərlə virtual şəkildə tanış olmaq imkanı ,universitetdə tədris olunan materialların pdf versiyası, eləcə də kağız formalarının satışının təşkilini həyata keçirməkdir.

Vurğulanıb ki, universitetlərin təşkil etdiyi tədbirlər, paylaşdığı elanlar, Gənclər təşkilatlarının gənclərin inkişafına yönümlü layihələri, tədbirləri haqqında faydalı məlumatlar da saytda yer alacaqdır. Bu veb saytdan istifadə edəcək şəxslər yeniliklərlə yanaşı, öz yaradıcı fikirlərini, təklif və iradlarını layihə rəhbərləri ilə bölüşə bilərlər.

Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev və Könüllülər üzrə mütəxəssis vəzifəsində çalışan Ləman Muradi çıxış edərək layihənin faydalılığından danışıblar. Qeyd edək ki, hər iki görüşdə iştirakçıların hər birinə eko çantalar hədiyyə olunub və xatirə fotosu çəkilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər