Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi

1024

Gəncə Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Teymur Hacıyev vəzifəsindən azad edilərək Gəncə şəhər BPİ-yə rəis təyin edilib.

T. Hacıyev sabah kollektivə təqdim ediləcək.

Qeyd edək ki, bir neçə gün öncə Gəncə şəhər BPİ rəisi Əkbər İsmayılov paytaxt polisinə rəis təyin olunmuşdu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər