Gənclər “N” saylı hərbi hissədə -FOTOLAR

2386

Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatı Gənclər Birliyi və bir qrup fəal üzvülər 26 iyun Silahlı Qüvvələr Günü və Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun 100 illiyi münasibətilə “N” saylı hərbi hissədə olmuşdular.

Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatı gənclər ilə iş üzrə sədr müavini Elmar Xəlilov ,Gənclər Birliyinin bir qrup fəal üzvüləri və rəhbər heyətindən zabit Sarvan Qurbanovun iştirakı ilə keçirilən tədbirdə ilk öncə qonaqlar və tədbir iştirakçıları n saylı hərbi hissədə yerləşən Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq, Ümummilli Liderimizin əziz xatirəsini yad etdilər.

Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatı gənclər ilə iş üzrə sədr müavini Elmar Xəlilov hərbçilər və əsgərlərin qarşısında çıxış edərək, Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. 1918-ci il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Avqustun 1-də isə Hərb Nazirliyi təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edildi. Daha sonra onu bu postda general Səməd bəy Mehmandarov əvəzlədi. General-leytenant Əliağa Şıxlinski isə nazir müavini təyin edilmişdi.

Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etdi. Azərbaycan ordusunun Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olmuşdu.

Gənclər ilə iş üzrə sədr müavini Elmar Xəlilov qeyd edib ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıtması və möhkəm iradəsi sayəsində 1994-cü ildə ölkədə atəşkəsə nail olunduqdan sonra ordu quruculuğu istiqamətində böyük işlər görülüb. Bu gün isə Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlətimizin etibarlı müdafiəsi tam təmin olunub.

Nitqinin sonunda gənclər ilə iş üzrə sədr müavini Elmar Xəlilov hərbçilər və əsgərləri  26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib, Vətən naminə müqəddəs və şərəfli xidmətlərinə görə hər birinə uğurlar arzulayıb.

N saylı hərbi hissənin rəhbər heyətindən zabit Sarvan Qurbanov YAP Sumqayıt Şəhər Təşkilatı gənclər ilə iş üzrə sədr müavini Elmar Xəlilov və Gənclər Birliyinin aktiv fəal üzvülərinə təşəkkürünü bildirərək Fəxri Fərmanla təltif edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər