Hakim Zaur Hacıyev təqdimatla çıxış etdi – FOTO

632
Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı çərçivəsində “Qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizə” mövzusunda məlumatlandırma sessiyası 14 dekabr 2023-cü il tarixində Bakıda baş tutub.
Tədbirdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zaur Hacıyev də iştirak edib.
30-a yaxın hakim və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları müzakirələrdə fəal iştirak edərək öz təcrübələrini bölüşüblər. Zaur Hacıyev Beynəlxalq konsultant mühafizə orderlərinə dair beynəlxalq standartlar və qabaqcıl təcrübələr haqqında təqdimatla çıxış edib.
Qeyd edək ki, bu tədbir Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı olan və birgə maliyyələşdirdiyi, “Azərbaycanda qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” layihəsi çərçivəsində Avropa Şurası tərəfindən həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramının tərkib hissəsidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər