Hava şəraiti dəyişir: Yağış və qar yağacaq

1146

Fevralın 24-də ölkə ərazisində hava şəraiti dəyişəcək.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq:

 “Səhər duman, çiskin  olacaq. Fevralın 25-də gün ərzində arabir yağış yağacaq, temperatur 8-11 dərəcə olacaq. Rayonlarda isə əsasən, yağmursuz hava şəraiti olacaq.

Lakin fevralın 24-ü axşam saatlarında bəzi şimal-şərq rayonlarında yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var”, – deyə Gülşad Məmmədova qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər