Hər il dünyada 50 min nəfər seks zamanı ölür – Aralarında məşhurlar da var

2167

Əcəl gələndə kimliyinə, harada və nə işlə məşğul olmağına baxmır.

Statistik göstəricilərə görə, hər il dünyada təxminən 50 min nəfər sekslə məşğul olan zaman ölür. Bu statistikada kişilərin 25 faizi öz həyat yoldaşları ilə, 75 faizi isə fahişə və məşuqələrlə cinsi əlaqə zamanı ömürlərinin son akkordlarını vururlar. Seks zamanı ölüm riski kişilərə nisbətən qadınlarda 12 dəfə azdır.

Seks zamanı dünyalarını dəyişən insanların sırasında tanınmış məşhurlar da var.

Məşhurların həyatında intim əlaqə zamanı daha çox səs-küyə səbəb olan ölüm halı 1899-cu ildə qeydə alınıb. Fransa prezidenti Feliks For işdən sonra tez-tez ziyarət etdiyi fahişəxanaya, məşuqəsi Marqerit Stenelin görüşünə gedib. İntim əlaqənin elə ilk dəqiqələrində Feliks For ölüb. Bu hadisəyə görə məşuqəni cəzalandırmasalar da, o müştərilərini birdəfəlik itirib.

Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidenti Nelson Rokfeller 70 yaşında belə, ehtiraslarını cilovlaya bilməyib. Məhz ömrünün bu yaşında vitse-prezident öz məşuqəsi ilə cinsi əlaqədə olanda ehtiraslarının çılğınlığından ürəyi dayanıb və ömrünün son dəqiqələrini məşuqəsinin qoynunda keçirib. Nelson Rokfellerin ölüm haqqında şəhadətnaməsində də bu öz əksini tapıb.

Çilinin tanınmış siyasətçisi Raul Velosonun həyatı da yataqda sona çatıb. Siyasətçi sekslə məşğul olan zaman dünyasını dəyişib. Ancaq onun ölümü deputat seçkilərində qələbə qazanmağına mane olmayıb. Belə ki, Humanistlər Partiyasından parlament seçkilərinə namizədliyi irəli sürülən Raul Velosonun adı səhvən siyahıdan çıxarılmayıb. Seçki günü seks qurbanı olan siyasətçi səs çoxluğu ilə parlamentin “ölü deputatı” seçilib.

Dünyanın ən məşhur sərkərdələrindən sayılan “Avropanın imperatoru” titulunu qazanmış Hun imperiyasının hökmdarı Atillanın həyatına da seks son qoyub. Arvadlarının sayının yeddiyə çatmasına baxmayaraq Atilla İtaliya səfərindən sonra 12 yaşlı, hədsiz dərəcədə gözəl olan Hilda ilə ailə həyatı qurub. Elə nikah gecəsi intim əlaqə zamanı hökmdar burnundan və ağzından açılan qan nəticəsində vəfat edib.

Məşhur aktyor Devid Kerradayn 2009-cu ildə Banqkokda vəfat edib. Onun ölümünün səbəbi də ifrat dərəcədə sekslə məşğul olmaq idi. Digərlərindən fərqli olaraq aktyor sekslə tək məşğul olmağa üstünlük verib.

1865-ci ilin oktyabrında cinsi əlaqə daha bir məşhur siyasətçinin həyatına son qoyub. İngiltərənin baş naziri Henri Palmerston xidmətçisi ilə bilyard masasının üstündə cinsi əlaqə zamanı vəfat edib.

Qeyd edək ki, ötən il və bu il eyş-işrət üçün ölkəmizə gələn ərəb turistlərin də bir neçəsi seks zamanı ölüb. Onların ölümünün səbəbi cinsi həvəsi artıran preparat və spirtli içki qəbul etmələri olub.

İndilikdə bu səbəbdən ölən məşhurların ailələri hər vəchlə əsas səbəbi gizlətməyə çalışır, mərhumun ölüm səbəbindən danışarkən “ürəktutmadan ölüb” deyirlər.

Göründüyü kimi, seks həzz mənbəyi və sağlamlıq üçün vacib olduğu qədər, həm də təhlükəlidir. İntim yatağından qəbirstanlığa getməmək üçün seks haqqında heç olmasa ən adi bilgilərə malik olmaq vacibdir.//Müsavat.com

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər