Anews.az xəbər verir ki, Sumqayıt Apellasiya Məhkəməsinin hakimi Fərmayıl Zeynallının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, C.Hüseynovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
C.Hüseynov Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və 228-ci (soyuq silah saxlama) maddələri təqsirli bilinib.
İttihama görə, hadisə 2018-ci il sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Xızı rayonunda yerləşən N saylı hərbi hissəsində baş verib. 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Silahlı Qüvvələrə 2018-ci ilin iyul ayında çağırılmış əsgər İsgəndərov Ceyhun İsa oğlu mülki şəxs tərəfindən bıçaqlanıb.
Hadisəni törədən 1986-cı il təvəllüdlü, Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu saxlanılıb.
Yaralı əsgər Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.(unikal)