Həyat dəyişir

1693

İnsanlar dəyişir. Arzular bəsitləşir, doğmalar, baxışlar özgələşir, dillərdə adi yalan doğmalaşır, yaxınlaq uzaq düşür. Həyat boşluğa –uçuruma yuvarlanır. Bu gün maraqlı olan sabah cansıxıcı görünür. Nəfs qalib gəlir. Verən əllər geri istəyir, gözlər kor olmaq. Arzulanan eşidilir, vacib olan kənara itələnir. Yalan üzərinə doğru malası çəkilir. Həqiqət unudulur. Ayaqlar bir addım irəli, iki addım geri atılır. Süni mələk obrazı yaradılır. Qara magiya ağ magiyaya qalib gəlir. Ürək beyinə hökmünü verə bilmir. Düşüncələr məntiqə, məntiq isə şüura tabe ola bilmir. Əməllər ağılı yalançı edir. Deyilənlə edilən barışa bilmir. Təsir əks təsiri dəf etmir. Zərrələr ümmana çevrilmir. Cismlər boş bir fəzada asılı qalır, yerə ayaq basılmır. Başlar dik tutulmur. Çirkablar suyun üzərində bərq vurur. Təmiz olan dərindədir. Heç kəs o dərinliyə enmir. Deyilənlər, görülənlər, edilənlər səthdə olanlardır. Dərinə varmaq beyinlərə əl vermir. Ayaqlar bədənə minnətçi kəsilir. Qorxu cəsarəti hədələyir. Od közərən qorundan qorxur. Yalan dogru ilə dost olmağa çalışır. Sevinc və kədər yollarını qovuşdurur. Göründüyün kimi olmaq olduğun kimi görünmək olmur. Gözəllik dünyanı xilas edə bilmir. Zəriflik, sədaqət və inamın üzərinə boz pərdə çəkilir. Bu günün dediyini sabah yalan çıxarır. Zaman keçmişdən indiyə, indidən isə keçmişə qayıdır. Gələcəyi bu gün gizlədir. Qapılar qıfıllanır, şəkillər çərçivələnir. Hər şey kiçilir. Boşluqlar genişlənir. Nəfəslər daralır, əsəblər gərilir. Hər şeyə nifrət edilir. Hər şey çox sevilir. Gündüz gecəni görmək istəmir, gecə isə gündüzü. Günəş və Ay əfsanəsi elə əfsanəlikdə qalır. Var ilə yoxun, olum ilə ölümün arasında bir məkan-həyat dəyişir.

Nuranə ABBASOVA

YAZARIN ÖNCƏKİ YAZILARI

İllər görmüşdükmü bu illər kimi…

Oyun başlandı

Zəhərə və zəhmətə davam!

Əsrlərin “Molla”sı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər