41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat, Milli Məclisin komitə sədri Hicran Hüseynova seçicilərlə onlayn qəbul keçirib
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova növbəti dəfə vətəndaşlarla onlayn qəbul keçirib, onların müraciətlərini dinləyib.
“İki sahil” xəbər verir ki, onlayn qəbulda Sumqayıt şəhəri 10, 16 və 17-ci mikrayon, eləcə də Corat qəsəbəsinin sakinləri iştirak edib və onları narahat edən məsələlərlə bağlı millət vəkilinə müraciət ediblər.
Vətəndaşlar həm şəxsi problemləri, həm də yaşadıqları ərazidə mövcud ümumi məsələlərlə bağlı Hicran Hüseynovaya müraciət ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və şikayətlər həll edilməsi üçün qeydə alınıb, bəzi məsələlərin isə müvafiq idarə strukturların nəzarətinə götürülməsi üçün tapşırıqlar verilib.