İcra başcısının müavini ailəsi ilə birlikdə yol qəzasına düşdü-2 nəfər öldü – SON DƏQİQƏ

2148

Tovuz rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Zeynalov Rəşad Nürəddin oğlu ailəsi ilə birlikdə yol qəzasına düşüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi ilkin məlumata görə, hadisə Qaradağ rayonunda baş verib.

İcra başçısının müavini və ailə üzvüləri 60 AA 002 dövlət nömrə nişanlə “Hyundai” markalı avtomaşınla qəzaya düşüb.

İlkin məlumata görə, qəza zamanı Rəşad Zeynalovun həyat yoldaşı və sürücüsü hadisə yerində dünyasını dəyişib.

Rəşad Zeynalov və oğlu isə yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb.

Hələlik qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər