İdmançılarımız Azərbaycan xalqını layiqincə və ləyaqətlə təmsil edirlər

653

Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş neçə-neçə gənc geriqayıdaraq ölkəmizin idman şərəfini uca tutub, üçrəngli bayrağımızı göylərə qaldırıb. Artıq neçə vaxtdır ki, respublikamızda beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif növlər üzrə keçirilən Avropa və dünya çempionatlarına qatılaraq uğurlu nəticələr göstərirlər. Azərbaycan müxtəlif beynəlxalq idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilir. Dövlət başçısı İlham Əliyevin əksər hallarda bu yarışları əyani surətdə izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.

Artıq idmançılarmızın çoxsaylı uğurlarına sevinən xalqımız onlardan günü-günüdən daha yüksək nailiyyətlər gözləryirlər. Vətən qarşısında öz zəhmətləri, alın tərləri nəticəsində qazandıqları qələbələrlə böyük uğurlara imza atan güləşçilərimizin cari ilin 28 mart – 03 aprel tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Avropa çempionatında 16 medal qazanmışdır. Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıraraq bir daha subut etdi ki, onlar həqiqətən də Qalib və Müzəffər xalqın övladlarıdılar. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-roma güləşi üzrə komandalarımız əldə etmişlər. Beləliklə həm sərbəst güləş, həm yunan-roma güləşi üzrəkomandalarımız Avropada birinci oldular; Bu qalibiyyəti Avropanın bütün dövlətləri arzulasa da bir ölkə yaşaya bilmişdir. O, Müzəffər və Qalib Azərbaycan Dövlətidir.

Hər vədini əməli fəaliyyəti ilə doğruldan Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı fərmanla martın 5-i Azərbaycanda İdman və bədən tərbiyəsi günü kimi qeyd edilir. Artıq hər il idmançılar dövlət başçısının ərmanı ilə yüksək dövlət mükafatları, fəxri adlarla təltif olunurlar. Cənab İlham Əliyev idmana yüksək qayğının nümunəsi kimi idmançılar üçün Prezident təqaüdü, və digər təqaüdlər təsis etmişdir. Həri lin yekunlarına görə 20-dən çox idmançıya mənzillər və digər mükafatlar təqdim olunur, idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir.

Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həlledir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır. Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək böyük qürurdur. İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, minlərlə fərari verərk ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu dinc insanlara qarşı terror əməlləri törətmışdır. 100-dən çox dinc insan, onların arasında uşaq, qadın, yaşlılar bu namərd atəşi nəticəsində həlak oldu. Eyni hərəkətləri düşmən idman meydanında da təkrar etməyə çalışdı və döyüş meydanında aldıqları cavabı bir daha aldı. Azərbaycan dövləti, Azərbaycan oğlu bu dəfə də qalib oldu.

Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşü , böyük diqqət və qayğısı idmançılarımızı yeni-yeni qələbələrə ruhlandırır. Bir neçə ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcəkdir. Bu yarışlara güləşçilərimizlə yanaşı digəri dman növlərində iştirak edəcək idmançılarımız Azərbaycanı layiqincə təmsil etmək üçün müxtəli təlim-məşq toplantıları və yarışlara qatılaraq Olimpiya Oyunlarına Lisenziyaları əldə etmək üçün əzmlə çalışırlar. İnanırıq ki, butun idman növlərində idmançılarımız lisenziyalar qazanacaq Ölkəmizi və xalqımızı yenə də layiqincə təmsil edəcəklər.

Rüfət Mahmudzadə, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər