“II ixtisas qrupunda 12 min plan yeri varsa, 9 800 nəfər 150 baldan yuxarı nəticə göstərərək müsabiqəyə buraxılıb”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ixtisas seçimi zamanı nələrə diqqət yetirməli” mövzusunda keçirilən canlı yayımda deyib.
Onun sözlərinə görə, həmin şəxslərin hamısı ali məktəbə qəbul olacaq: “Onlardan 6 min nəfəri 200-dən yuxarı bal toplayıb. Bu qrupda 280-dən yuxarı bal toplayanlar dövlət sifarişli yerlərdə oxuya biləcək”.