Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Erkən nikah və məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhər təhsil sektorunun müdiri İman Ağayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektoru üzrə böyük məsləhətçisi Mehriban Nəcəfova, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin nümayəndəsi Günel Ələkbərova, eləcə də Sumqayıt Şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektoru, polis kapitanı Asudə Əliyeva iştirak ediblər.
Çıxış edənlər erkən nikahın təhsilə və gənclərin gələcəyinə mənfi təsirlərindən, məişət zorakılığının yaranma səbəbləri və qarşısının alınması yollarından, həmçinin bu sahədə hüquqi məsuliyyət və qanunvericilik çərçivəsində həyata keçirilən tədbirlərdən danışıblar.
Tədbirin sonunda qonaqlara dəyərli çıxışlarına görə təşəkkür edilib.









Müzakirə qapadılmışdır.