
Kitab elmi-praktik materiallara əsasən hazırlanıb. Məqalədə əsasən ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda 8 ildə gördüyü işlər, həm daxili, həm də xarici siyasətlə bağlı yazılmış məqalələr öz əksini tapıb. Bununla yanaşı Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə etdiyi səfərlər, Sumqayıt şəhərinin abadlaşdırılması, müxtəlif zavodların tikilməsi ilə bağlı verilən sərəncamlar xüsusi yer alır.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov, Sumqayıt şəhər ictimaiyyəti və rəsmi qurumların nümayəndələri iştirak edib.