“İlham Əliyev 8 il hakimiyyətdə” kitabının təqdimat mərasimi keçirilib

767
Sumqayıt şəhər tarix muzeyində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə layihəsi əsasında “İlham Əliyev 8 il hakimiyyətdə” adlı kitabın təqdimat mərasimi keçirilib.
Kitab elmi-praktik materiallara əsasən hazırlanıb. Məqalədə əsasən ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda 8 ildə gördüyü işlər, həm daxili, həm də xarici siyasətlə bağlı yazılmış məqalələr öz əksini tapıb. Bununla yanaşı Prezidenti İlham Əliyevin Sumqayıt şəhərinə etdiyi səfərlər, Sumqayıt şəhərinin abadlaşdırılması, müxtəlif zavodların tikilməsi ilə bağlı verilən sərəncamlar xüsusi yer alır.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov, Sumqayıt şəhər ictimaiyyəti və rəsmi qurumların nümayəndələri iştirak edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər