Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Sənədə əsasən, nazirliyin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-leytenant” ali hərbi rütbəsi
general-mayor İlham Əyyub oğlu Abdullayevə
general-mayor Şahmar Ənvər oğlu Paşayevə
“general-mayor” ali hərbi rütbəsi
polkovnik Adil Ələsgər oğlu Abdullayevə
polkovnik Əşrəf Məmməd oğlu Qasımova
polkovnik Raul Süleyman oğlu Zeynalova.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.