İlham Zəkiyev: “Ad günü keçirmək istəmirəm, çünki…” – MÜSAHİBƏ

807

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat Paralimpiya çempionu İlham Zəkiyevin Oxu.Az saytına müsahibəsi:

– Bu gün sizin 41 yaşınız olur. Ad gününüzü qeyd edirsiniz?

– Xeyr. Mən ad günümü qeyd etmirəm.

– Səbəb nədir?

– İslam dinində belə bir şey yoxdur. Həzrəti Məhəmmədin (s.ə.s.) nəvələrinə ad günü keçirib, tort yediyini eşitmisiniz? Düzdür, hər adam bunu başa düşmür…

– Amma dostlarınız zorla sizə ad günü keçirmək istəyəndə nə edirsiniz?

– Çalışıram ki, həmin gün yox, başqa gündə vaxtımı onlarla bir keçirim. Həmin gün onlarla birgə oluramsa, məqsəd ad günümü qeyd etmək deyil.

– Hazırda nə işlə məşğul olursunuz?

– Sumqayıt Paralimpiya İdman Kompleksində 24-25 mayda Bakıda keçiriləcək Qran Pri yarışına hazırlaşıram. Bundan sonra Paralimpiya Oyunları öncəsi iyunda İngiltərədəki yarışda iştirak edəcəyəm.

– Hazırda demək olar ki, reytinqlə Paralimpiya Oyunlarında iştirakınız rəsmiləşib. Ola bilər ki, zədədən qorunmaq üçün İngiltərədəki yarışa getməyəsiniz?

– Mən hazırda öz çəki dərəcəmdə reytinqdə üçüncü yerdəyəm. Bu iki yarışda iştirak etməsəm belə, ilk “10-luq”da yer alacağam. Ancaq Paralimpiya Oyunları zamanı püşkatmada ilk görüşlərdə münasib rəqiblərlə düşməyim üçün həmin yarışlarda yaxşı nəticə göstərib, reytinqdəki yerimi ya möhkəmləndirməli və ya yaxşılaşdırmalıyam.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər