Paracüdo üzrə milli komandamız Bakıya çatıb.
Milli Paralimpiya komitəsinin vitse-prezidenti, yığma komandanın kapitanı İlham Zəkiyev Oxu.Az-a açıqlamasında gümüş medal qazanmasını aldığı zədələrlə əlaqələndirib:
“Bundan öncəki yarışda çiynimdən zədə aldığım üçün məşq prosesində aktiv iştirak edə bilmədim. Müalicə müddəti davam edirdi. Bu səbəbdən də istədiyim kimi hazırlaşa bilməmişdim. Bu da yarışlarda öz sözünü dedi və finalda gümüş medalla kifayətlənməli oldum. Lakin ümumilikdə komandamız bu yarışda çox gözəl çıxış etdi”.