İlham Zəkiyevlə şagirdlərin görüşü keçirilib – FOTOLAR

1415

Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində ikiqat Paralimpiya Oyunları və dünya çempionu, yeddiqat Avropa çempionu , Azərbaycanın Əməkdar İdman Ustası, Qarabağ müharibəsi qazisi Ilham Zəkiyevlə şagirdlərin görüşü təşkil olunub.

İkinci sinif şagirdləri Azərbaycan dili dərsliyindəki “Uğurun sirri” hekayəsindən tanıdıqları İlham Zəkiyevlə görüşüb, onunla yaxından ünsiyyətdə olublar.

Məktəbin direktoru Rüxsarə Məmmədova görüşdə çıxış edərək İlham Zəkiyevin həyatının gənc nəsil üçün bir nümunə olduğunu və hər bir azərbaycanlının onunla fəxr etdiyini vurğulayıb.

Səmimi şəkildə keçən görüşdə İlham Zəkiyev şagirdlərin suallarını cavablandırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər