İnsanlıq – hər peşənin ali prinsipi!

542
Bu aşağıda yazılanlar bizim ölkəmizdə baş verən bir qəzadan, şərəfli bir gənc jurnalistin heç kimsənin sığortalanmadığı avtomobil qəzasından dərhal sonra baş verənlərdir…hans ki, o qəzada nə yol keçən maşınlardan düşüb hadisəni izləyən insanlar, nə də ki, hadisə yerinə bir az gecikmə ilə gələn heyət o gənci xilas etməyə tələsmir. Hadisə yerinə ilk  gələn jurnalistin isə, bütün cəhdləri içərisində ağır travmalar almış və şüursuz vəziyyətdə olan gəncin olduğu, yenicə tüstüləməyə  başlayan maşını  ona doğru yönəltdiyi kamera ilə yaxşı görüntüləməkdən ibarətdir…hansı ki, az sonra xüsusi amansızlıqla seçilmiş bir başlıqla “dəhşət, maşında  diri- diri yandı” başlığı ilə yaxşı reytinq toplayacaq bir xəbərdə təqdim edəcəkdi…
Bəli, heç bir yanlışlıq yoxdur… bu bizim cəmiyyətimizdə baş verənlər…
Jurnalistin özünə bəraət qazandırmaq üçün söylədiklərini də təqdim edirəm:
Mən sizi əmin edirəm ki, maşın yanmağa başlamazdan əvvəl mən ora çatsaydım onu oradan çıxarmaq üçün heçnədən çəkinməzdim. Mən yenə də deyirəm. Hadisə yerinə çatanda maşın yenicə başlamışdı yanmağa. Kənardakılar bir irəli bir geri qaçırdı. Sanki ilk dəfə gördükləri bir hadisədə adrenalin yaşayırdılar. Bir anlıq anlamırdım nə baş verir. Dedim maşında adam var? Kimsə dedi ki, var.
Bəs niyə çıxarmırsız niyə kənardan izləyir hamı? Artıq gecdir. Sürücü avtomobil yanmağa başlanmazdan əvvəl ölüb. Heç olmasa meyitini çıxaraq. Offf nəisə mən danışmaq istəmirəm artıq bu barədə. Nə vaxt özümü sakit hiss etsəm, mən orada gprdüklərimi ayrıca bir hekayə formasında yazaram.
Mən hadisənin şokunu yaşayarkən kənardan Musa peyğəmbər gəlib ölüləri diriltməyə lağ-lağı ifadəsini eşidəndən  sonra yenə də əhəmiyət vermədim. Polis əməkdaşının heç kim qəhramanlıq eləməsin təhlükəlidir. Danışdırmayın məni əsəb keçirirəm o gün orda insanların davranışlarına. O gün orada bir gənclə bərabər insanlığın öldüyünə də əmin oldum.
Bəli, yalnışlıq yoxdur … O gün orda insanlıq öldü…
Lakin, bununla bitmədi…
Ardıyca bax elə bu kəlmələrin müəlifinin mətbuata ötürdüyü, hadisə yerindən hələ, ərtaflı məlumatların toplanmadığı halda, baş verən qəza haqqındakı ilkin və heç də, tam olaraq həqiqəti əks etdirməyən məlumatlar xüsusi qəddarlıqla seçilmiş xəbər başlığı və fotoşəkillərlə bir anda əksər KİV- də yer almışdı.
Daha çox reytinq toplamaq, daha cazib başla seçmək cəhdində olarkən, heç bir mətbuat işçisi, bir anlıq belə olsa tərəddüd edib, insanlıq haqqında düşünmədi, orda həyatını itirən gənci və onun yaxınlarını nəzərə almadı.
Axı, baş verən bir cinayət deyil, heç kimsənin sığortalı olmadığı yol qəzası və bir insan faciəsiydi.
Bu gün mən  reytinq naminə xüsusi qəddarlıqla, seçilmiş xəbər başlığı və bu xəbərdə təqdim etdilən, mətbuatda yer almasının qətiyyən yol verilməz olduğu şəkillər sayəsində, mən bərpası mümkünsüz ağır psixoloji travma  alamıış bir anayam. Oğlumun bu dünyadan ayrılmadan öncəki, o, son görünüşü,  yaddaşıma elə həkk olundu ki, son nəfəsimədək gözlərim önündən silinməyəcək.
Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən, öz peşəsinin ali prinsiplərinə əməl etməlıdir. İnsan hüquqları və peşəyə uyğun etik davranış qaydaları qətiyyən unudulmaması gərəkən məqamlardır.
Çox əfsuslar olsun ki, biz jurnalistkaya xas, bu əsas prioritetlərin unudulduğu halların şahidi oluruq. Qazanc, reytinq naminə cəmiyyətin çox önəmli tərkib hissəsi və siması olan jurnalist etik dəyərlərinin belə kobud şəkildə pozulması çox böyük təəssüf hissi doğurur.
Sədaqət  Fuad, yazıçı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər