İşıqların sönməsiylə bağlı Ən Maraqlı Statuslar

5264

ünən gecə saatlarında Azərbaycanın bir çox bölgələrində işıqlar söndü. Bir qədər sonra məlum oldu ki, Mingəçevir İES-də yanğın baş verib. Hadisə sosial mediada böyük əks-səda doğurdu və tezliklə bu mövzuda çoxlu statuslar yazıldı.

Kulis.az işıqların sönməsi ilə bağlı yazılmış ən maraqlı statusları təqdim edir.

Səxavət Məmməd:

İşıqlar yansaydı, söndürüb yatardıq.

Elvin Bayramlı:

Axşam işıqlar keçən kimi powerbank işinə girişən ağdamlılara eşq olsun.

Xaqani Hüseynov:

AZTV: Bizdə yanır.

Kəmalə Quliyeva:

İndi bildiniz Azərbaycanın ürəyi Mingəçevirdə döyünür?

Faiq Ağayev:

İşıqlar sönəndə tualetdə qalanlar: #Vaxsey_gözüm_çıxdı ! bağırıblar.

Yusif Kərimli:

Söndürüb yandırdılar ki, bəlkə düzəldi.

Sərraf Balaxan:

Görəsən Şuşada da işıqlar sönüb?

Leyli Səfərova:

A bala, zəng elə gör xalangildə də işıqlar sönüb ?

Məhəbbət Türksoy:

“Sizdə də işıq sönüb?” bəhanəsiylə yazın ona.

Elnur Məmmədli:

Səni telefonumdakı 4 faizlik zaryadka qədər sevirəm Azərbaycan!

Aqşin Yenisey:

Söndürmək istəyirlər, bacarmayacaqlar, Azərbaycan Şərqin günəşidi!

Fərid Azəri:

Ötən gecə neçə-neçə Azərbaycan vətəndaşının təməli qoyuldu…

Qılman İman:

Bu gecəki qaranlıqda elə qəşəng işıqlı yuxular görmüşəm.

Elvin Şirinov:

İstilik elektrik stansiyası istidən xarab olur…

Kənan Nəsir:

“Söndür-yandır, düzələcək” deyiblər. Kimsə ciddiyə alıb.

Pavel Polanski:

Yenə kimsə ev tapa bilməyib, girib transformatora.

Günel Treu:

Azərbaycanlılar heç vaxt bir-birindən bu qədər elektrik almamışdı.

Xəzər Süleymanlı:

İndi hardasa bir Cırtdan başını itirib ki, buralarda işıq gələn tərəf olmalıydı axı.

Xaliq Bağırov:

İşıq yananda görmədiz kimin əli kimin cibindən çıxır?

Şəkər Yusifli:

Mətiş bacının yeri məlum. Elə bilin ki, bir külək idi, əsdi, qurtardı.

İlkin Abdullayev:

Düz doqquz ay sonra, aprelin üçü Azərbaycandakı bütün doğum evlərində yer çatışmazlığı olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər