İsmayıllı rayonunun yeni icra başçısı haqqında bilmədikləriniz…

770

Azərbaycan prezidenti Nizami Ələkbərovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

prezidentin digər sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Mirdaməd Sadıqov kimdir?

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Sadıqov Mirdaməd Mirsadıq oğlu 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuşdur.
1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxumuş, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakultəsinin “Maliyyə” ixtisasına qəbul olmuş və 1971-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirmişdir. O, elə həmin ildə də İnsititutun “Maliyyə-kredit” kafedrasına işə qəbul olunmuş, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş pereporator, 1972-ci ildən 1977-ci ilə qədər “laborant” və “baş laborant” vəzifəsinə təyin edilmişdir.
1977-ci ilin noyabr ayının 2-də  Azərbaycan Xalq Təsərrüfatı İnsititutunun Komsomol komitəsinin katibi seçilmiş və 1982-ci ilin sentyabr ayının 10-dək bu vəzifədə çalışmışdır.
1973-cü ildən 1977-ci ilə qədər həmin insititutun “Maliyyə-kredit” kafedrasının aspiranturasında oxumuş və Moskva şəhərində namizədlik dissertasiyasını  müdafiə edərək iqtisadiyyat elmlər namizədi adına layiq görülmüşdür. Əməkdə fərqləndiyinə görə 1980-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə “Əmək vəşadətinə ” görə medalı ilə təltif olunmuş, 1981-ci ildə SSRİ Ali və orta ixisas Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür.
1982-ci ilin 10 sentyabr tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnsititutu “Maliyyə -kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat  fakultəsinin dekanı vəzifəsinə təyin edilmiş, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dossenti seçilmiş və 1988-ci ilin iyul ayının 8-nə qədər qeyd olunan vəzifələrdə işləmişdir.
1988-ci ilin iyul ayının 8-dən Bakı “Maliyyə-kredit” texnikumunun direktoru vəzifəsinə təsdiq olunaraq 1992-ci ilə qədər bu işdə çalışmış, texnikumun Azərbaycan Maliyyə-iqtisad kollecinə çevrilməsi ilə əlaqədar 1992-ci ilin aprel ayının 8-dən 1999-cu ilin iyul ayının 27-nədək kollecin direktoru vəzifəsinə təyin edilmişdir.
1993-cü ilin mart ayından Yeni Azərbaycan partiyasının üzvüdür. 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış “Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi” nin icraçı direktorudur.
1997-ci ildə Dünya Bankının dəstəyi ilə İtaliya Respublikasının Turin şəhərində “təhsil meneceri” sahəsində ixtisasartırma kursu keçmişdir. 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanına laiq görülmüşdür.
1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışmış və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnsitituna prorektor vəzifəsinə təyin edilmişdir.
2000-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə Vyana şəhərində ixtisasartırma və təcrübə mübadiləsində iştirak etmişdir. 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olmuşdur.
2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsindən YAP-nın  Mərkəzi Şurasının vahid namizədi kimi irəli sürülmüşdür. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək  Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyasəti və  vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi” nin baş idarə rəisi vəzifəsində çalışmışdır.
2008-ci il noyabr ayının 21-dən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
2 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona “Əməkdar Elm Xadimi” fəxri adı verilmişdir.
Respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, o cümlədən 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Onun məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilmişdir.  O, Azərbaycanı bir sıra beynəlxalq konfranslarda təmsil etmişdir. Ailəlidir. 4 övlad atasıdır.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər