Kariesin müalicəsi üçün bu üsuldan istifadə edin - AQS dental center”dən TÖVSİYƏ

2573
sumqayitxeber.com “AQS dental center”in həkim-stamotoloqu Ellada Abbasovanın  “İcon Kariesinfiltrant” mövzusunda yazısını təqdim edir.
Karies–  Ağız boşluğunun ən çox yayılmış xəstəliyidir. Kariesin mövcudluğunu biz kliniki və ya rentgenoloji üsulla təyin edə bilirik. Rentgen ilə kariesin dərinliyinin dərəcəsini təyin olunur.
Xüsusilə, rentgen dişlərin proksimal səthlərində çürüklərin müəyyən edilməsi üçün vacibdir. Rentgendə karies qaraltı şəklində əks olunur. Dentin qatılığının 1/3 hissəsinin qaralması həmin hissənin plomblanması və ya restavrasiya olunmasına ehtiyac yarandığını bildirir. Rentgendə görsənməyən minanın qüsürları üçün bu gün yeni həll yolu- İcon sistemdir.
İcon Kariesinfiltrant – Bu yeni stomatoloji məhsul kariesinin mikroinvaziv müalicəsi üçündür.
Bununla  biz icon texnologiyasının ənənəvi karies müalicəsi ilə müqayisədə bir sıra üstünlüklərə malik olduğunu görürük:
• Karioz prosesin inkişafı erkən mərhələdə dayandırılır və daha sonra diş çürüməsi mümkün deyildir.
• Müalicə yalnız karies ilə zədələnmiş emal toxumalarına təsir edir və sağlam diş toxumalar görülüb saxlanılır. Buna görə də belə bir diş uzun ömürlü olur.
• Dişlərin təbii forması tam qalır
• Müalicədən sonra dişin səthi sağlam bir emala uyğun gəlir.
• Karies müalicəsi proseduru tamamilə ağrısızdır. Anesteziya və yonulma istifadə olunmur.
• Kariesin müalicəsi İCON sistemi ilə uğurlu və 1 seans zamanı (yalnız 15-20 dəqiqə) aparılır.
 İcon Kariesinfiltrant– Çürüklərin müalicəsi uşaqlar və hamilə qadınlarda da istifadə edilə bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər