“Kiberməkanda müharibəyə hazır olmalıyıq” – Tahir Mirkişili

311

Biz istənilən məkanda olduğu kimi kiberməkanda da müharibəyə hazır olmalıyıq. Bu məkanda da döyüşçülər hazırlamalıyıq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan əhalisinin 85 faizindən çoxu internetdən istifadə edir.

O qeyd edib ki, bu gün ölkədə internetdən istifadə də senzura yoxdur. “Rəqəmsallaşma vacib olsa da, onun Azərbaycan üçün gələcək təhlükələri də mövcuddur. Son illərdə bu sahədə görülən işlər nəticəsində Milli Kibertəhlükəsizlik İndeksinin reytinq cədvəlində Azərbaycan 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləyib. Bu sahədə milli kadrların hazırlanması olduqca vacibdir. Kibertəhlükəsizlik sahəsində milli kadrlar olmadan hər hansı iş nəticə əldə etmək mümkün deyil”, – deyə o əlavə edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər