Kimin çox pulu var? – «Forbes»dən

619

ABŞ-ın «Forbes» jurnalı dünyanın ən varlı adamlarının növbəti reytinqini dərc edib. 2013-cü ildə dünyanın ən varlı adamı adını yenə də meksikalı telekommunikasiya maqnatı Karlos Slim özündə saxlayır. 73 yaşlı iş adamının var-dövləti 73 milyard dollar təşkil edir. Onun ardınca reytinqdə «Microsoft»un qurucusu Bill Geytsin adı gəlir (67 milyard dollar). Üçüncü yerdə ispaniyalı biznesmen «Inditex» biznes-qrupunun qurucusu və keçmiş prezidenti Amansio Orteqadır (57 milyard).  

Jurnalın versiyasına görə, dünya milyarderlərinin ilk yüzlüyündə IT sahəsinin xeyli nümayəndəsi var. Onlarına sırasında «Oracle»ın baş direktoru Larri Ellisonu (5-ci yer, 43 milyard dollar), «Amazon.com» un baş direktoru Ceff Bezos (19-cu yer, 25 milyard 200 milyon), «Google»un qurucuları Larri Peyc (20-ci yer, 23 milyard) və Sergey Brin (21-ci yer, 22 milyard 800 milyon), «Facebook»un banisi Mark Tsukerberq (66-cı yer, 13 milyard 300 milyon) və başqaları var.

«Forbes»in reytinqinə daxil olan varlıları ümumi kapitalı 2013-cü ildə 5 trilyon 400 milyard dollar təşkil edib. Keçən il bu rəqəm 4 trilyon 600 milyard dollar idi. Bu il siyahıya 210 nəfər əlavə olunub. İndi siyahıda 1426 nəfər var.

Ən çox milyarder ABŞ-dadır – 442 nəfər. İkinci yerdə Asiya (386), üçüncü yerdə isə Avropadır (366 nəfər).

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər