Kimyaçılar Novruzu yeniliklə qarşıladı

757

Kimyaçılar Novruz bayramı ərəfəsində «faydalı hədiyyə» almışlar. Bu mühüm hədiyyə – kommunal xərclərin ödənilməsi və digər zəruri bank-maliyyə əməliyyat­larının yerinə yetirilməsi üçün «Azərikimya» İstehsalat Birliyinin əsas inzibati binasında Novruz bayramı ərəfəsində quraşdırılmış POS-terminal kimyaçıların ürəyincə olmuşdur.

“Azərikimya” İB-dən “sumqayitxeber.com”a verilən məlumata görə bütün kommunal xərclərlə  (ev, işıq, su və qaz üzrə), mobil və şəhər telefonları, internet və kabel televiziyası ilə əlaqədar ödənişlərlə, həmçinin pul köçürmələri, digər bank və sığorta əməliyyətları ilə bağlı kimyaçıların istirahət günlərində xeyli vaxt itirdikləri, bəzən isə bununla əlaqədar gərgin anlar və narahatlıqlar keçirdikləri nəzərə alınaraq, bilavasitə iş yerində quraşdırılmış aparat bundan sonra həm banklarda və poçt şöbələrində uzun növbələrdə yol verilən vaxt itkisinin, həm də gərginlik və əsəbiliyə səbəb olan digər məqamların birdəfəlik aradan qaldırılmasında mühüm vasitə olacaqdır. POS-terminal kimyaçılar üçün həmçinin nahar fasilələrində və işdən sonra onlayn oyun-əyləncə və mənalı istirahət etmək, alış-veriş sifarişi vermək üçün də imkanlar açır.

Müasir informasiya texnologiyalarının bəhrəsi olan POS-terminal hər bir kimyaçı üçün əsl bayram hədiyyəsi olmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər