“Azərbaycan Dəmir Yolları” bugünkü qərarını ləğv edib

642

Çoxsaylı müraciətləri nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik ləğv olunur. 

Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, beləliklə Sumqayıtdan saat 19:35-də yola düşən  Sumqayıt-Pirşağı-Bakı, Bakıdan saat 20:30-da yola düşən Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki olduğu kimi saxlanır.

***

Komendant saatının tətbiq edilməsi ilə əlaqədar cədvələ dəyişiklik edilir.

Azərbaycan Dəmir Yollarından Trend-ə verilən məlumata görə, bu gündən Sumqayıtdan saat 19:35-də yola düşən 6626 Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən 6625 Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər