Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili çıxış edib. Komitə sədrinin çıxışında əsas məqamlar:
– Qarabağda dövlət və özəl sektor xidmətləri rəqamsal platformalar üzərindən edilə bilər
– Online Qarabağ Universiteti yaradıla bilər. Bakalavr təhsili online, magistr təhsili isə Şuşada offline edilə bilər
– Bu universitetdə hər kəs, o cumlədən erməni əsilli Azərbaycan vətəndaşları da oxuya bilər. Online olması ilkin mərhələdə bu imkanı onlara yaradacaq
– Bu universitetin ətrafında Regional İnnovasiya Mərkəzi formalaşdırıla bilər
– PUA istehsal edən zavodumuz Bakıdan Şuşaya köçürülə bilər. Bu zavod öz ətrafında innovativ gəncləri və fikirləri cəmləyə bilər
– İnnovasiyaların inkişafı üçün bu məhsullara dövlət sifarişləri verilə bilər
– Mehridən Naxçıvana yolun açılması Qarabağ innovasiya mərkəzinin bütün regiona çıxmasına imkan yaradacaq.
– Şuşa şəhəri bütün türk dünyası üçün müqəddəs yerdir artıq. Bu rəmzi iqtisadi potensiala çevirmək olar.
– Qarabağda ənənəvi iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı üçün hər cür resurs var. Əlavə olaraq müasir texnologiyaların geniş tətbiqi bütün ölkə iqtisadiyyatına mühüm təkan verə bilər