Reklam

Reklam

Reklam

Komitə sədri UNEC-in təşkilatçılığı ilə keçirilən video-müzakirə ÇIXIŞ ETDİ

502
UNEC-in təşkilatçılığı ilə “Müharibədən sonra Qarabağ iqtisadiyyatı: Regional İnnovasiya-Texnologiya Mərkəzin və dəyər zəncirinin mühüm həlqəsi kimi” mövzusunda video-müzakirə keçirilib.

 Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili çıxış edib. Komitə sədrinin çıxışında əsas məqamlar:

– Qarabağda dövlət və özəl sektor xidmətləri rəqamsal platformalar üzərindən edilə bilər

– Online Qarabağ Universiteti yaradıla bilər. Bakalavr təhsili online, magistr təhsili isə Şuşada offline edilə bilər

– Bu universitetdə hər kəs, o cumlədən erməni əsilli Azərbaycan vətəndaşları da oxuya bilər. Online olması ilkin mərhələdə bu imkanı onlara yaradacaq

– Bu universitetin ətrafında Regional İnnovasiya Mərkəzi formalaşdırıla bilər

– PUA istehsal edən zavodumuz Bakıdan Şuşaya köçürülə bilər. Bu zavod öz ətrafında innovativ gəncləri və fikirləri cəmləyə bilər

– İnnovasiyaların inkişafı üçün bu məhsullara dövlət sifarişləri verilə bilər

– Mehridən Naxçıvana yolun açılması Qarabağ innovasiya mərkəzinin bütün regiona çıxmasına imkan yaradacaq.

– Şuşa şəhəri bütün türk dünyası üçün müqəddəs yerdir artıq. Bu rəmzi iqtisadi potensiala çevirmək olar.

– Qarabağda ənənəvi iqtisadiyyatın, qeyri-neft sektorunun inkişafı üçün hər cür resurs var. Əlavə olaraq müasir texnologiyaların geniş tətbiqi bütün ölkə iqtisadiyyatına mühüm təkan verə bilər

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər