“Koronavirus yeni formada peyda olacaq”- Azərbaycanlı Professordan PROQNOZ

1252

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusa qarşı təhlükəsiz, effektiv vaksinin geniş istifadəsinin 2021-ci ilin ortalarından əvvəl mümkün olmayacağını elan edib. Təşkilat bunu effektiv vaksinin hazırlanması üçün uzun zaman tələb olunması ilə izah edib.
Əgər proses bu qədər uzanarsa, dünyada koronavirusun yayılması miqyası hansı həddə qədər arta bilər? Qarşıdakı 10 ay ərzində planet bu xəstəliklə necə mübarizə aparacaq?
Yoluxma sayında artım kritik həddə çata bilərmi? Mütəxəssislər bu haqda nə düşünür? Xüsusən də ölkəmizdə qarşıdakı dövr üçün vəziyyət necə olacaq?
Bununla bağlı Sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla danışb:
“Dəfələrlə demişəm ki, insanlar vaksin illuziyasına qapılmasınlar. Əvvala vaksinin nə vaxt tapılacağı, sınaqlardan keçiriləcəyi, kütləvi istehsala buraxılacağı kimi fikirlər böyük sual doğurur.
Axı bu əbədi, 5 – 10 il çəkən infeksiya deyil ki, buna vaksin hazırlansın. Bu virus gələn il başqa ştamla peyda olacaq. COVİD-19 -un 2021-ci ilə qalması təmamilə təbiət qanunlarına ziddir və bu belə ola bilməz.
COVİD-19 bu ilin sonunda yoxa çıxmalıdır. COVİD-in 4 mülayim ştamı var, hər il mövsümü soyuqdəymə xəstəliyi törədir. Koronvirusla pandemiyası ilə yaşamağı bacarmaq lazımdır. Karantin davranışlarına əməl etmək lazımdır. Hər il payızda COVİD-in ştamları peyda olaraq soyuqdəymə xəstəlikləri törədir.
Keçən il də bu infeksiyanı dekabr ayında tapdılar. Hesab edriəm ki, bunun başlanğıcı gedib noyabr ayının axırına çıxır. Dekabr ayının sonunda sözügedən infeksiya insanlarda tapılıbsa, deməli yayılana, özünü göstərənədək zaman keçib. Sars və Mersin ömrü 6-7 ay çəkdi. Koronavirusun da ömrü də lap çəksin 8-10 ay. Həmin vaxt bu ilin sonuna düşür. Bu ilin sonuna hesab edirəm ki, COVİD-lə vidalaşmalıyıq.
Virus xeyli azalıb, bu cür tendensiya hazırda davam edir. Getdikcə virus mutasiyaya uğrayarq zəifləyə- zəifləyə gedəcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər