“Bu gün Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək”.
Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O bildirib ki, axşam saatlarında bəzi yerlərdə arabir yağış yağacaq:
“Mayın 21-i səhər saatlarından külək zəifləyəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir”.
Xidmət rəsmisi əlavə edib ki, bölgələrdə də yağıntılı hava şəraiti davam edəcək:
“Bəzi yerlərdə şimşək çaxacaq. Mayın 21-dən səhər saatlarından yağıntı kəsiləcək. Mayın 22-dən əksər rayonlarda yağmursuz hava şəraiti olacaq”.