Laçında yol qəzasında həlak olan hərbçilər Sumqayıtda dəfn olunub – FOTO

1783

Laçın rayonunda şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu dəfn edilib.

Şəhidlər Sumqayıtın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov,
Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkili Müşfiq Məmmədli, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və sakinlər iştirak edib.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları – kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər