“Laçınla yekunlaşan ZƏFƏRİMİZ mübarək!” – İmamverdi İsmayılov

757

“İlk dəfə, 1995-ci ildə seçildiyim dairə 95 saylı Laçın-Zəngilan-Qubadlı dairəsi adlanırdı. O zamanlar hər birimiz Laçın rayonunun da azadlığa qovuşmasını arzulayırdıq. Laçın torpağı və laçınlılar hər zaman bizə əziz olub”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

Deputatın sözlərinə görə, laçınlılar həmişə mərd insanlar olublar:

“Bir deputat kimi bir müddət laçınlılarla işləmişəm. O qədər mərd və sözübütöv insanlardırlar ki! Onların içində vətən sevgisi həmişə yüksək olub. Laçının azadlığa qovuşacağı günü səbirsizliklə gözləyirdilər. Şükürlər olsun ki, Laçın da azad edildi. Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində Laçını şəhid vermədən geri aldıq. Hər bir laçınlını bağrıma basıram”.

İmamverdi İsmayılov Laçında olduğu günləri də xatırlayıb:

“Laçın işğal olunmamışdan öncə Laçında olmuşam. O torpaqlar mənə əziz və doğmadır. Çox bərəkətli, səfalı bir diyardır. Artıq Laçın işğaldan azad edilib. Ərazilər minalardan təmizlənəndən və yaşayış bərpa edildikdən sonra dostlarımla birgə Laçına gedəcəyik. Doğma yurdda yenidən görüşmək arsuzu ilə”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər