İyunun 8-dən etibarən “Azərbaycan Hava Yolları”nın Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.
“Qafqazinfo”ya AZAL-dan daxil olan məlumata görə, reyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək.
“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da. Lənkərandan uçuş yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də olacaq.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi