Leyla Yunusun utancverici hərəkəti – Sumqayıtın deputatı Vyanada baş verənlərin təfərrüatını danışdı

1246
Xəbər verdiyimiz kimi, ATƏT Parlament Assambleyasının Vyanada keçirilən 17-ci qış sessiyasında iştirak edən azərbaycanlı deputatlar anti-Azərbaycançı Leyla Yunusdan Xocalı qurbanları barədə nə üçün danışmadığını soruşublar. O, deputatların sualına cavab vermək əvəzinə Xocalı şəhidlərinə açıq şəkildə sayğısızlıq edərək gülməyə başlayıb.

Xocalı haqqında bir şey söyləməmisiniz. Bir milyon Azərbaycan vətəndaşı erməni işğalından əziyyət çəkir, azərbaycanlılar isə bu barədə bir söz deməyiblər. Siz gülürsünüz. Ən azı vicdanınız olsun. Özünüzdən utanın, çünki özünüzü demokratlar adlandırırsız. Ən azı azərbaycanlısınız”, – deyə səslənən iradlar da Leyla Yunusa ar etməyib. Qoca Yunus yenidən gülüb və kinayəli şəkildə əl çalıb.

Azərbaycanın ATƏT PA-nın sesiyyasında iştirak edən nümayəndə heyətinin üzvü, deputat Tahir Mirkişili baş verənlərlə bağlı AzVision.az-a təfərrüatları açıqlayıb.

Deputat bildirib ki, Leyla Yunusun bu hərəkəti tamamilə utancverici və qəbuledilməzdir: “Bu ilin fevralın 22-23-də ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyası keçirilirdi. Sessiya zamanı bizə məlum oldu ki, İspaniyadan olan deputatın təşəbbüsü ilə Azərbaycanda, Ukraynada, Moldovada, Türkiyədə və Rusiyada vəkillik fəaliyyəti ilə bağlı tədbir olacaq. Bu tədbirdə müzakirə olunacaq əsas mövzu vəkillərin fəaliyyəti, vəkillik fəaliyyətinin inkişaf etdirilməsi və bununla bağlı digər məsələlər idi. Biz gözləmədiyimiz halda məlumumuz oldu ki, tədbirdə Emin Hüseynov və Leyla Yunusun çıxış edəcək. Əslində hər iki şəxsin çıxışının daha çox siyasi motivlər üzərində qurulacağı bəlli idi. Emin Hüseynov tədbirdən öncə bizə yaxınlaşaraq Azərbaycan nümayəndə heyətini tədbirdə iştiraka dəvət etmişdi. Biz də düşündük ki, tədbirdə iştirak edərək oradakıları Azərbaycanda baş verən islahatlarla bağlı məlumatlandıraq. Tədbirdə Leyla Yunus müxtəlif şəkilləri əlində saxlamaqla Azərbaycana qarşı həmişə olduğu kimi qarayaxmalarla dolu çıxış etdi.

Tədbir planlaşdırıldığı kimi bir saat davam etməli idi. Amma bu müddət uzandığından və əsas sessiyanın başlamasını nəzərə alaraq moderatora müraciət etdim ki, bizə danışmaq üçün söz versinlər. Buna baxmayaraq, bizə söz verilmədi. Bildirildi ki, sizin hazırda söz demək hüququnuz yoxdur, tədbirin sonunu gözləməlisiniz. Sessiyanın başlamasını və orada Xocalıfaciəsi ilə bağlı çıxışa yazıldığımızı nəzərə alaraq qərar verdik ki, tədbirdən gedək. Bu zaman Emin Hüseynova və Leyla Yunusa irad tutduq ki, çıxışlarında heç olmasa Xocalıfaciəsindən, Azərbaycan xalqının başına gələn bəlalardan məlumat versinlər. Düşünürdük ki, müxalifətçi, əks fikirdə durmaq, hökuməti tənqid etmək olar, amma öz xalqına, millətinə, dövlətinə müxalifətdə olmaq tamamilə utancvericidir. Bu iradlara baxmayaraq, gözləmədiyimiz halda Leyla Yunus gülməyə, əl çalmağa, hətta ətrafdakıları bizi videoya çəkmək kimi təklifləri ilə qarşılaşdıq. Həqiqətən çox təəccübləndik. Bu məsələni hər bir azərbaycanlının yaymalı olduğunu düşünürük”.

Deputat, həmçinin qeyd edib: “Daha sonra tədbiri təşkil edən ispan və onu yarımçıq tərk edən deputat bizə yaxınlaşdı və orada nə baş verdiyi barədə sual ünvanladı. Bildirdim ki, Azərbaycan nümayəndə heyəti olaraq dialoqa və müzakirəyə tam açıq olduğumuzu göstərmək üçün bu tədbirə qatıldıq, amma gözləntilərimizin əksinə bizə söz verilmədi. Həmin şəxs iştirakımıza görə təşəkkür etdi. Dedi ki, iştirakınızı yüksək qiymətləndirirəm və Azərbaycan nümayəndə heyətinin müzakirəyə və dialoqa açıq olması məmnunluq hissi yaradır. Həmçinin ispan deputat moderatorların dialoqa şərait yaratmamasını qınadı və baş verənlərə görə təəssüfləndi. Daha sonra biz ATƏT-in baş katibi ilə müzakirələr apardıq, iradlarımızı ona da çatdırdıq.

Qeyd etdik ki, bu cür tədbirlərin keçirilməsi prosedurası aydın deyil, hesab edirik ki, məsələlər daha çox şəffaf olmalıdır. Çünki, elan olunan mövzular başqa, çıxışlar isə tamamilə fərqli istiqamətlərdə olur. Bu halların bir daha təkrar olunmaması üçün baş verən məsələni yüksək səviyyədə qaldırdıq ki, ATƏT PA bununla bağlı tədbirlər görsün”.

Deputat bildirib ki, Leyla Yunus tədbir başlamazdan əvvəl onlara qarşı xoşagəlməz sözlər işlədib: “Foyedə təşkil olunan kofe fasiləsində idik. Həmkarlarım Kamran Nəbizadə və Elşad Həsənovla bərabər kofe içirdik. Leyla Yunus yanımızdan keçdiyi zaman gözləmədiyimiz halda dedi: “Zəhər için”, “Boğazınızda qalsın”, “Haramınız olsun”. Hesab edirəm ki, Leyla Yunus Azərbaycan vətəndaşı olub və onun bizə belə söyləməsi onun xislətini, necə biri olmasını ortaya qoyur. Biz ilk dəfə idi onu görürdük və onunla heç bir tanışlığımız olmayıb. Onun Azərbaycan nümayəndə heyətinə, Azərbaycana qarşı düşmənçilyi Leyla Yunusun kim olmasını, hansı xislətə sahib olmasını ortaya qoydu”.

ELvin Abdulqədirov
AzVision.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər